Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-04-2024 , 22:50

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bələdiyyə Hesabatları
- +

Xocasən bələdiyyəsi hesabat verir


Binəqədi rayonu Xocəsən bələdiyyəsi tərəfindən  20 ümumi iclas keçirilərək 125 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Portalına yüklənilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, və s. olmuşdur.

30 mart 2023-cü il tarixində Binəqədi rayonu Xocəsən bələdiyyəsinin təşkilatçılığı ilə Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivində yerləşən şəhid və qazi ailələrinin yaşadıqları şəhərcikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmiş və 150 ədəd ağac əkilmişdir.

Eyni zamanda mövsümə uyğun olaraq, iməcliklər təşkil edilmişdir. Bələdiyyə ərazisində, yol kənarlarında və qəbiristanlıq ərazilərində olan quru otlar biçilmiş və həmin ərazilərin təmizlənməsi istiqamətində işlər görülmüşdür. Yaşıllıq sahələri hər zaman diqqət mərkəzində saxlanılaraq, mütəmadi olaraq suvarılmış və alaq otlarının təmizlənməsi, agacların budanmasi işləri həyata keçirilmişdir.

2023-cü ildə Xocəsən bələdiyyəsi tərəfindən Müqəddəs Ramazan ayı ərəfəsində ifttar süfrəsi təşkil edilmişdir. Həmçinin, Qurban bayramı münasibəti ilə qəsəbə ərazisində yaşayan aztəminatlı ailələrə qurban payları verilmişdir.

2023-ci il ərzində bələdiyyə ərazisində yaşayan şəhid ailələrinin yaşadıqları küçəyə şəhidin adının verilərək əbədiləşdirilməsi barədə müraciətləri, İcra Hakimiyyətinə ünvanlanmış və Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 29.01.2024-cü il tarixli, 13 saylı Sərəncamı ilə Gənclik və  Gənclər küçələrinin adları dəyişdirilərək, şəhid Vüsal Məhərrəmov və şəhid Dinar Mustafayevin adına verilmişdir.

Eyni zamanda bələdiyyə tərəfindən şəhid ailələrinin müraciətlərinə əsasən onlara maddi yardımlar göstərilmişdir.

Bundan əlavə qəsəbədaxili yolların asfaltlanmasi üçün aidiyyəti qurumlara muraciətlər ünvanlanmış və ötən dövrdə bir sıra küçələrə asfalt örtüyü çəkilmiş, qəsəbə ərazisindəki digər küçələr isə tədbirlər planına salınmışdır.

Qış mövsümü ilə əlaqədar, qarlı hava şəraitində Xocəsən bələdiyyəsi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirmiş, yağan qarın buzlaşmasının qarşısının alınması və vətəndaşların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə duz və qum ehtiyatı alınaraq, qəsəbədaxili avtomobil və piyada yollarına səpilmiş və ərazi mütəmadi nəzarətdə saxlanılmışdır.

2023-cü ildə yeni tədris ilinin başlanması ilə əlaqədar qəsəbə ərazisində yaşayan 28 ədəd şagird Xocəsən bələdiyyəsi tərəfindən məktəbli forması ilə təmin edilmişdir.

Bələdiyyədə vergi ödəyicilərinin müəyyənləşdirilməsi və siyahıya alınmasının təmin edilməsi məqsədilə komissiyası yaradılmışdır. Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun olaraq, İcra şöbələrinə  304 nəfər vergi ödəyicisi barədə müraciət ünvanlanmışdır. Nəticədə bələdiyyə büdcəsinə vergilərin ödənilməsi daha səmərəli təmin edilmişdir.

Ödənilmiş vergilər və  rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

2022-ci il  ərzində bələdiyyə büdcəsinə 280974 manat, 2023-cü il ərzində isə bələdiyyə büdcəsinə 326788,36 manat gəlir daxil olmuş, 2022-ci il üzrə xərclər 283860.00 manat, 2023-cü il üzrə isə 323819,31 manat təşkil etmişdir.

2022-ci il ərzində büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq icarəsindən və vergisindən 41941.00 manat, 2023-cü ildə isə 47295.40 manat, 2022-ci il əzrində əmlak vergisindən-198633.00 manat, 2023-cü ildə isə 236392.96 manat, bələdiyyənin fəaliyyətindən 3100.00 manat, Dövlət büdcəsindən ayrılan dotasiyadan isə 40000.00  manat vəsait daxil olmuşdur.

2023-cü il ərzində bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir:

Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqçularının əmək haqqına 164186,05 manat, əmək haqqına üstəlik (məcburi dövlət sosial sığorta,işsizlikdən sığorta,icbari tibbi sığorta haqqları) 100 389,00 manat, bələdiyyənin saxlanılmasına isə 59244.26 manat xərclənmişdir.

Binəqədi rayon Xocəsən bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.

Təhlil göstərir ki, 2023-cü il ərzində vətəndaşlardan daxil olmuş müraciətlərə əsasən vətəndaşlara 2804 arayış verilmiş və bu arayışlara, adlarına torpaq sahələrinin olub-olmaması, yaşayış yerindən arayışlar, dəfn xərci ilə bağlı arayışlar və.s aid olmuşdur.

Hesabat dövründə  ayrı-ayrı təşkilatlardan daxil olmuş 524 məktub, müraciət, sərəncam və digər sənədlər və vətəndaşlardan daxil olmuş 97 ərizə-müraciət əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Bələdiyyədə “qaynar xətt” (telefon 346-04-02) fəaliyyət göstərməkdə davam edir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür.

Bələdiyyədə hesabat dövründə 2500-dən az olmayaraq vətəndaş qəbul edilmiş, o cümlədən şəxsən sədr tərəfindən 385 nəfər vətəndaş qəbul edilərək dinlənilmilşdir.

Binəqədi rayonu, Xocasən bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Xocasən bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
23-04-2024
Büdcə gəlirlərini 13 faiz artıra bilmişik
Bələdiyyə Hesabatları
02-02-2024

Quba bələdiyyəsi  hesabatını açıqlayıb

Bələdiyyə Hesabatları
02-02-2024

Keşlə bələdiyyəsi hesabat verdi

Bələdiyyə Hesabatları
02-02-2024

Muxax bələdiyyəsi hesabatını ictimailəşdirib 

Bələdiyyə Hesabatları
24-01-2024

Şirvan bələdiyyəsi hesabatnı təqdim edib

Bələdiyyə Hesabatları
24-01-2024

Mingəçevir bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
22-01-2024

Nəsimi bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
19-01-2024
Mərdəkan bələdiyyəsi hesabatını açıqlayıb
Bələdiyyə Hesabatları
08-01-2024